Əflatun Amaşov: “Reket nəşrâ€�lərin arxasında gizli havadarlar durur
Köhnə qazet və jurnalları yeni adla qeydiyyatdan keçirərək nəşrlərini davam etdirən “reket jurnalistikaâ€� rəhbərləri var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müsahibəsində bildirib.
Şura sədri “Gündəlik Bakıâ€� və “Təzadlarâ€� qəzetlərinin, həmçinin “Mozalanâ€� jurnalını bütün sərhədləri aşan nəşrlər adlandırıb. Onun sözlərinə görə, bu cür qəzet və jurnallar Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyərək, Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hədə-qorxu gəlməkdən belə çəkinmirlər. “Mətbuat Şurası bəzi “reket nəşrâ€�lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. Şura bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğururâ€�,-Ə.Amaşov əlavə edib.