Beynəlxalq Ana Dili Gününə həsr olunan seminar keçiriləcək
Sabah Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Tədbirdə “Kompyuter linqvistikası: müasir vəziyyəti və inkişaf tendensiyalarıâ€�, “Maşın tərcüməsi: mövcud yanaşmalar və problemlərâ€�, “Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət və problemlərâ€� mövzusunda məruzələr dinləniləcək, müasir dövrdə Azərbaycan dilinin inkişafına təsir edən amillər, komputer linqvistikasının müasir vəziyyəti, inkişaf perspektivləri, bu sahədə əldə olunan nailiyyətlər və problemlər ətrafında fikir mübadiləsi aparılacaq.