Prezidentliyə namizəd Purməhəmmədi Azərbaycanı təhdid edib
“Azərbaycan İranın və islamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyikâ€�. Modern.az- İran KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Təbriz Universitetində çıxış edən prezidentliyə namizəd Purməhəmmədi Azərbaycan Respublikası barədə verilən sualı cavablandırarkən deyib: “İran İslam Respublikası həmişə qonşu ölkələrlə münasibətlərin genişlənməsi siyasətini öndə tutub və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdırâ€�.
Onun sözlərinə görə, Azərbaycan Respublikası İran İslam Respublikasının milli maraqlarının əksi yolunda hərəkət edir:
“Azərbaycan Respublikası İranın və İslamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik ki, sionistlərin tələsindən çıxsınlarâ€�