“Həzrət Peyğəmbərimiz və İnsan Onuruâ€� adı altında tədbir keçirildi
Park İNN otelində Türkiyə səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Həzrət Muhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Peyğəmbərimiz və insan onuruâ€� adı altında tədbir keçirilib. Tədbirdə Həzrət Peyğəmbərimizin nümunəvi həyatında insanlığın onur və şərəfinə verdiyi dəyərləri özündə əks etdirən video rolik nümayiş etdirilib. Tədbiri çıxış edən Türkiyə səfirliyinin Din Xidmətləri Müşaviri Sadık Eraslan bütün qonaqları salamlayaraq Həzrət Peyğəmbərin nümunəvi şəxsiyyətindən bəhs edib. Sadık Eraslan eyni zamanda bu il Türkiyə səfirliyi, QMİ, AYB və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə ümumrespublika səviyyəsində keçirilən “Natı-Şərifâ€� (Həzrət Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin əhəmiyyətindən söz açaraq bütün qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirdə Türkiyə səfiri İsmail Alper Coşkun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Bakı İslam Universitetinin dekanı Fuad Nurullayev, Millət vəkili Qənirə Paşayeva, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Yavuz Ünal və “Natı-Şərifâ€� müsabiqəsinin münsiflər heyətinin sədri Əjdər Ol çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda “Natı-Şərifâ€� (Həzrət Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin qalibləri mükafatlandırılıb. Belə ki, 1-ci yer Fərzəliyev Şahin (Fazil), Vaqif Cəbrayıllı (Bayatlı), 2-ci yer Dursun Çalışqan, Cabir Qasımov (Savalan), 3-cü yer Eldar Kərimov, Gulayə Rzayeva, Aişə Nəbi layiq görülüb.
Nizami Musayev (Zöhrabi), Hikmət Fərzəliyev, Ələmdar Quliyev və Zahid Məmmədov (Sarıtorpaq) fərqlənənlər sırasında olublar.