MTV film mükafatları dünən Los-Ancelosda təşkil olunan mərasimlə sahiblərinə verilib. “Azadİnformâ€� “Glammagazinâ€�ə istinadən xəbər verir ki, rejissor Coss Vedonun “The Avengersâ€� (“Məğlubedilməzlərâ€�) filmi “İlin filmiâ€� seçilib. Filmin həm də ssenari müəllifi olan Vedon mükafatı alarkən filmin növbəti hissəsinin 2015-ci ildə təqdim olunacağının da xəbərini paylaşıb. “Ən yaxşı döyüşâ€� səhnəsi sorğusunda da Kris Evan, Mark Ruffalo, Skarlet Cohanson, Ceremi Renner, Robert Dauney ilə mükafatı paylaşan “The Avengersâ€� filminin digər bir oyunçusu Tom Hidlston “Ən yaxşı pis adamâ€� obrazı canlandırmaqla mükafat alıb.
“Silver Lining Playbookâ€� filminin baş rol ifaçıları Bredley Kuper və Cennifer Laurens mərasimdən “Ən yaxşı aktyorâ€�, “Ən yaxşı aktrisaâ€� mükafatları ilə ayrılıblar. “Ən yaxşı öpüşâ€� mükafatının sahibi də adıçəkilən oyunçular olub.
“Ən mükəmməl performansâ€� mükafatının sahibi “Pitch Perfectâ€� filmindəki rolu ilə Rebel Uilson olub. “The Hobbitâ€� filmində Bilbo Bagginsi canlandıran Martin Friman isə “Ən yaxşı Qəhrəmanâ€� mükafatını alıb. “The Twilight Sagaâ€� filmində qurd adama həyat verən Teylor Lotner isə “Ən yaxşı çılpaq səhnəâ€� mükafatını alaraq fərqlənib.
“Komediya dahisiâ€� mükafatını Uill Ferrell aldı və səhnəyə dollarla örtülmüş paltarda çıxdı. “MTV nəsliâ€� mükafatı isə bu il “Jango Unchainedâ€� filmindəki oyununa görə Ceymi Foxksa verildi.