DQDK: “Həzrəti Əbülfəz ağaâ€� məscidi bağlanmayıb
“Həzrəti Əbülfəz ağaâ€� məscidi bağlanmayıb və bu barədə yayılan məlumatlar əsassızdırâ€�. Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirib. Qeyd edilib ki, ümumiyyətlə hər hansı bir məscidin bağlanmasından söhbət gedə bilməz.
“Azərbaycanda məscidlər inşa və bərpa edilir, bağlanmır. Belə məlumatı yayılması bəzi radikal qüvvələrin dövləti “dinin düşməniâ€� obrazında təqdim etmək cəhdlərinə xidmət edir.
Bu kimi xəbərləri uyduranlar maskalarını atmış oldular və məqsdələrini biruzə verdilər. Onlar “dini dəyərləri müdafiəâ€� pərdəsi altında icmalardakı boşluqlardan istifadə etmək, məscidlərə soxulmaq və onların “bağlanmasıâ€� kimi təxribatçı nəticələrə nail olmaq istəyirlər. Bu fitnəçilikdən başqa bir şey deyil. Lakin bu kimi əməllərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınıb və bundan sonra da alınacaqâ€�.
2010-cu ildə dövlət qeydiyyatında keçmiş “Həzrəti Əbülfəz ağaâ€� və daha bir neçə başqa məscidin dini icmasınd idarəçilik və şəffaflıqla bağlı vaxtaşırı problemlər olduğunu qeyd edən Dövlət Komitənin mətbuat xidməti DQİDK-nin bu problemlərin həlli istiqamətində yerli hakimiyyət orqanları, həmçinin QMİ ilə birgə və dini etiqad azadlığı haqqında qanunvericiliyin prinsipləri çərçivəsdində, işgüzar qaydada məşğul olduğunu vurğulayıb. O, sonda ictimayyəti və dini icma nümayəndəlirini bu kimi təxribatçı məlumatlara uymamağa və ayıq olmağa dəvət edib.