Azərbaycan Turizm İnistitutunda Novruz bayramı qeyd olunacaq
Martın 18-i Azərbaycan Turizm İnistitutunda Novruz bayramı qeyd olunacaq. Bu barədə məlumatı ATİ-nin Xidmət mühəndisliyi fakültəsinin dekanı, biologiya elmləri namizədi, dosent Sevda Vəzirova verib. ATİ-in akt zalında təşkil olunacaq tədbirin məqsədi xalqımızın çoxəsrlik tarixi ənənələrini və zamanın sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında tələbələri bir araya gətirmək, onları sevindirməkdir.
S.Vəzirova bildirib ki, ATİ tələbələrinə milli mənəvi dəyərlərimizi aşılamaq bizim tədris məqsədlərimizdən biridir: “Gerçəkləşdirəcəyimiz tədbirdə də biz bu dəyərlərlə tələbələrlə bölüşə bilir, həmçinin digər qonaqlarımızı ATİ ilə tanış edirik”.
Onun sözlərinə görə , Azərbaycan milli musiqi mədəniyyətimizə həsr olunmuş tədbirdə tanınmış müğam ifacıları iştirak edəcək. Azərbaycan milli musiqi mədəniyyətimizin şah damarı olan Milli musiqi alətlərimiz və ifaçılarımız öz ifalarə ilə qonaqları sevindirəcəkdir. Azərbaycanın Xalq Artisti, professor Şəfiqə xanım Eyvazova tədbirdə Azərbaycanın milli musiqi mədəniyyətindən danışacaq.
Bayram mətbəxinin şirniyyatları və ləziz təamları nümayiş etdiriləcək. Bununla yanaşı Tədbir də milli rəqslər, eləcə də, meydan-tamaşa, oyun və məzhəkələr nümayiş olunacaq.
ATİ dekanı S.Vəzirova həmçinin bildirib ki, xonçalarla bəzədilləcək tədbirdə proqram iştirakçıları arasında bayram əhvali-ruhiyyəli mahnılar, şeirlər, rəqslər təqdim ediləcək. Tədbirdə ATİ – nin rektoru Cəfər Cəfərov da çıxış edəcək.