TQDK “Ödəmə kartları - mobil xatırlatmaâ€� xidmətini istifadəyə verdi
TQDK “Ödəmə kartları - mobil xatırlatmaâ€� xidmətini istifadəyə verdi. “Azercellâ€�, “Bakcellâ€� və ya “Nar Mobileâ€� mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartıâ€� və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartıâ€� əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. “Elektron ərizə vermək üçün odəmə kartıâ€�nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartıâ€�nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.
Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.