Suriya müxalifəti Bəşər Əsədə toxunulmazlıq vəd edir
“Müxalifət olaraq Bəşər Əsədin getməsi şərti ilə siyasi həll yolunun tərəfindəyik. Verəcəyimiz tək güzəşt Bəşər Əsədin vəzifəsini tərk etməsi qarşılığında toxunulmazlığıdır. Bu mövzuda Suriya xalqını razı etməyə çalışacağıqâ€�. Bu barədə açıqlama ilə Suriya müxalifəti və İnqilabçı Güclər Milli Koalisiyasının (SMDK) sözçüsü Vəlid əl-Bunni çıxış edib.
Vəlid əl-Bunni bəyan edib ki, Rusiya mövzuya praqmatik məntiqlə yanaşır, İran isə məzhəb  siyasəti yürüdür. “Ancaq Rusiya və Amerika tərəfindən bir razılaşma əldə edilsə, İranın tək başına Əsədə faydası olmazâ€� - Vəlid əl-Bunni əlavə edib.