XİN başçısı: “Azərbaycan milli təhlükəsizliyi təhdid edildiyi təqdirdə lazımi addımlar atacaqâ€�
“Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid edərsə və ərazilərimizin işğalının davamına şərait yaradarsa, Azərbaycan bundan irəli gələn addımlar atacaqâ€�. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov bildirib ki, istənilən ölkə digəri ilə müxtəlif sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: “Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdırâ€�,-deyə E.Məmmədyarov vurğulayıb.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb.