“Yehova şahidləriâ€� dini icmasının Azərbaycana gətirmək istədiyi dini ədəbiyyatlarda dini dözümsüzlük faktı aşkar edilibâ€�
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Yehova şahidləriâ€� dini icması ilə aralarında olan məhkəmə çəkişməsinə aydınlıq gətirib. DQİDK-dan verilən məlumata görə, icmanın komitədən məhkəməyə etdiyi şikayət predmeti olan xaricdən Azərbaycana dini ədəbiyyatın gətirilməsinə qadağa qoyulması qanunvericilik əsasında həyata keçirilir. Komitədən deyilib ki, istənilən hüquqi və fiziki şəxs tərəfindən qanunvericilik çərçivəsində xaricdən Azərbaycana dini ədəbiyyat gətirmək mümkündür:
“Ancaq bu dini ədəbiyyatı idxal etmək üçün qanunvericiliyə əsasən Dövlət Komitəsinin Dinşünaslıq və ekspertiza şöbəsinin rəyi alınmalıdır. Komitə də qanunvericilikdə nəzərdə tutulan ədəbiyyatlara rəy verir. “Yehova şahidləriâ€� dini icmasının isə ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlarda dini dözümsüzlük faktı aşkar edilib, ona görə də onların ölkəyə idxalına rəy verilməyib. İcmanın buna qədər gətirdiyi ədəbiyyatlara qanunvericiliyə uyğun olduğu üçün rəy verilibâ€�.
DQİDK-dən onu da bildiriblər ki, indiyə qədər “Yehova şahidləriâ€� dini icmasından başqa heç bir qurum Dövlət Komitəsini məhkəməyə verməyib.
Qeyd edək ki, “Yehova şahidləriâ€� dini icması DQİDK-ni məhkəməyə verib. Dini icma xaricdən Azərbaycana dini ədəbiyyatın gətirilməsi barədə qoyulmuş qadağanın götürülməsi ilə bağlı iddia ərizəsi ilə 2 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddia əsasında məhkəmənin hazırlıq iclası yanvarın 17-də keçiriləcək. Bundan əvvəl də bir neçə dəfə icma komitəyə qarşı iddia qaldırıb. İcma ilkin qeydiyyatdadır.