“Əli qədəmgahı” ziyarətgahı son illərdə bir çox xeyirli işlər görür
Buzovna qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahı son illərdə bir çox xeyirli işlərlə yanaşı, Respublikada olan Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslasdırılmış ruhi-əsəb xəstəlikləri qoca və əlillər evində, ətrafda olan imkansız və bivaris, bədvaris dünyaların dəyişən insanların dəfni ziyarətgahın hesabına davam etdirilir. Mərhumların yuyulması, kəfnə tutulması ziyarətgahın hesabına aparılır. Hal hazırda kimi ziyarətgah 562 nəfəri dəfn etmişdir. Dəfn olunanların qəbrləri nömrələnir, sonraki dövrlərdə meyid sahibləri sorğu etdikləri zaman, qəbirlərin nömrəsi ilə qəbrin yeri bildirilir ki, onlar ölülərini ziyarət edirlər.
Həmçinin, Hacı İlham Səlimovun bildirdiyinə görə ziyarətgah Buzovna qəsəbə sakinlərindən 45 nəfər əlil və imkansızların hər birinə hər ay 9-10 adda ərzaq məhsulları hər birinin evinə bir-bir aparılıb çatdırılır və ya qələnlərə ziyarətgahda yardım olunur.