“Həyatverici Lütfâ€� dini icmasının qeydiyyatı ləğv edilib
Bu gün Ali Məhkəmədə “Jivotvoryaşaya Blaqobatâ€� (“Həyatverici Lütfâ€� dini icması) beynəlxalq bibley təşkilatı dini qurumunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb. Əvvəlki instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Həyatverici Lütfâ€� dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqındaâ€� Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək “Həyatverici Lütfâ€� dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Bunu nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib və dini icmanın ləğvi barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Həmin qərardan razı qalmayan icma isə kassasiya şikayəti verib.