Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.