Berluskoni parlament seçkilərində yenidən namizəd olacaq
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni gələn il keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, üç dövr İtaliyanın baş naziri olmuş Silvio Berluskoni yenidən hakimiyyətə gəlmək fikrindədir.
İtaliyada ən varlı şəxslərdən sayılan Berluskoni 2011-ci ildə maliyyə böhranı səbəbindən istefa verərək baş nazir postunu Mario Montiyə təhvil vermişdi. Bu ilin oktyabr ayında korrupsiya faktı ilə bağlı məhkəməsi keçirilən italiyalı siyasətçi həbs olunmaq təhlükəsindən canına qurtarıb.