Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün fürsət
İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üçün bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı təklif edir. “KƏLAMİNFOâ€� Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını bu internet səhifəsindən (http://www.isdb.org/irj/portal/anonymousNavigationTarget=navurl://c28c70fde436815fcff1257
ef5982a08) və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə formaları və digər lazımi sənədlər 24 dekabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim oluna bilər.