Sergey Narışkin: “Rusiyada savadlı hüquqşünaslar azlıq təşkil edirâ€�
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin hesab edir ki, ölkədə həddən çox hüquqşünas olsa da, yüksək ixtisaslı və savadlı hüquqşünaslar azlıq təşkil edir. “Rusiyada belə bir fikir mövcuddur ki, bizdə hüquqşünas bolluğudur. Mən bu fikrə əhəmiyyəıtli bir əlavə etmək istəyirəm - bizdə yüksək ixtisasa malik olmayan hüquqşünas bolluğudurâ€� - deyə S.Narışkin bildirib. “KƏLAMİNFOâ€� “İnterfaksâ€�a istinadən xəbər verir ki, onun sözlərinə görə, təəssüf ki, heç də bütün hüquq kafedra və fakultələri “forma və məzmununa görəâ€� keyfiyyətli təhsil vermir: “Əslində, savadlı və yüksək ixtisaslı hüquqşünas çatışmazlığı varâ€�. Spikerin sözlərinə görə, bu çatışmazlıq bütün hakimiyyət orqanlarında və strukturlarda, o cümlədən qanunvericilik səviyyəsində də hiss olunur. “Mən bir daha deyirəm, savadlı və yüksək ixtisaslı hüquqşünaslarımız çatışmırâ€� - deyə o vurğulayıb.