“Özəl və dövlət sektorunda korporativ idarəetməâ€� mövzusunda “Master classâ€� təşkil olunacaq
Dekabrın 4-ü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Pricewaterhouse Coopers (PwC) Azərbaycan şirkəti tərəfindən “Özəl və dövlət sektorunda korporativ idarəetməâ€� mövzusunda “Master classâ€� təşkil olunacaq. SAM-dan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, təlim PwC-nin Dövlət və İctimai Sektor üzrə Xidmətlər Praktikasının Qlobal lideri Yan Sturesson tərəfindən keçiriləcək.
Yan Struesson korporativ idarəetmə, strateji inkişaf, innovasiya və liderlik sahəsində dövlət və özəl sektora xidmətlərin göstərilməsi üzrə PwC-nin Baş Qlobal Məsləhətçidir.
O, hazırda Dünya İqtisadi Forumunun (“World Economic Forumâ€�) və Qlobal Məsələlər Şurasının (“Global Agenda Councilâ€�) “Qlobal təşkilatlarda idarəetmənin gələcəyi (“Future of governance in global organizationsâ€�) forumunun üzvüdür.