Hacı Mirəziz Seyidzadənin “Mərsiyə və rövzələrâ€� adlı albomu işıq üzü görüb
İlahiyyat üzrə fəlsəfə doktoru Qazi Hacı Mirəziz Seyidzadənin Məhərrəm ayı münasibəti ilə “Mərsiyə və rövzələrâ€� adlı albomu işıq üzü görüb. “Azadinformâ€� xəbər verir ki, üç diskdən ibarət olan alboma 16 mərsiyə və rövzə daxildir.
Qazi Hacı Mirəziz Seyidzadə öz səsi ilə mərsiyələri bədii qiraət, rövzələri isə özünəməxsus avazla oxuyur. Nəfis tərtibat və keyfiyyətlə diqqət çəkən albomun 1-ci diskinə “Kərbəlada şiələr gər şahidin mehman idiâ€�, “Şiə bu icadi-aləmdən ibarətdir ğərəzâ€�, “Ləb teşnə görüb Əsğəri çün Həzrət Abbasâ€�, “Buyurdu Xətmul-Ənbiya Səfinətun-nəca, Hüseynâ€�, “Qoy Fatimə gedim, meydanda can verimâ€�, “Ey göruhi bihəya, nə yaru, nə yavər qalıbâ€�, “Gəldi zibəski Şamidə ahu-fəqanə Əhli-Beytâ€�, 2-ci diskə “İmam Hüseyn (ə) ağanın Kərbəla çölünə daxil olmasıâ€�, “Aşura gecəsi, Cənab Əli Əkbərin su gətirməsiâ€�, “Həzrət Əbülfəzl ağanın rəcəzi və Suffeynə girirâ€�, “Məni binəvayə axır, sölə mehribanım Əminəâ€�, “Bilmirəm Şimr Xudadən nə qədər qafil imişâ€�, 3-cü diskdə isə “Ruzi-Məhşər çun Xudadən hökm nəfxi-sur olurâ€�, “Hürr Dilavərin tövbə etməsiâ€�, “Hərçənd günahilə səravaru bəlayuqâ€�, “Hindistan Padşahi, Sultan Qeysin əhvalatıâ€� mərsiyə və rövzələr daxildir.