SAM-ın eksperti Frankfurt şəhərində “Frankfurt Qaz Forumuâ€�nda iştirak edəcək
27-28 noyabr 2012-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində “Frankfurt Qaz Forumuâ€� keçiriləcək. Strateji Araşdırmalar Mərkəzi (SAM) bu əhəmiyyətli forumda akademik tərəfdaş qismində çıxış edəcək. SAM-dan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, Forumda mərkəzin enerji məsələləri üzrə aparıcı elmi işçisi Gülmira Rzayeva “Azərbaycanın Cənub Qaz Dəhlizinə baxışı: milli prioritetlər və beynəlxalq öhdəliklərin balanslaşdırılmasıâ€� mövzusunda məruzə ilə çıxış edəcək.
Forumda Avropanın enerji sahəsi üzrə komissarı Günter Otinger (Belçika), Avropa Birliyinin Azərbaycan Respublikası üzrə nümayəndə heyətinin rəhbəri Roland Kobiya, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Beynəlxalq Nabucco Qaz Boru kəmərlərinin icraçı direktoru Reinxard Mitşek (Vyana, Avstriya), BP-nin Şah dəniz layihəsi üzrə vitse-prezidenti Al Kuk (İngiltərə), “Xəzər dəniz Təchizat və Ehtiyatlar, Mərkəzi Asiya, Təchizat və Ticarət RWE GmbH Almaniyaâ€�nın rəhbəri Volfqanq Piter, TAP layihəsinin rəhbəri Kjetil Tunqland, “Qazprom Eksportâ€� şirkətinin “Müqavilə Təşkili və Qiymətin Formalaşdırılmasıâ€� üzrə İdarə Heyətinin sədri Sergey Komlev (Rusiya) və digər məruzəçilərin çıxışları planlaşdırılır.
Qeyd edək ki, Forumun keçirilməsində məqsəd Avropada artan təbii qaz tələbatına sərmayələri dəstəkləmək və qaz infrastruktur layihələrinə tələbatı artırmaqdan ibarətdir.