YAP daha bir beynəlxalq konfransın Bakıda keçirilməsini təklif edib
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının gənclər təşkilatının Asiya ölkələrinin Gənclər Birliyinin Forumu Bakıda keçirilə bilər. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu təkliflə qurumun bu gün Bakıda keçirilən iclasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çıxış edib.
O qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi gənclərin işinə böyük töhfə olardı: “YAP bu tədbiri Bakıda yüksək səviyyədə təşkil edə bilərâ€�. Azərbaycan tərəfi, həmçinin təklif edir ki, Asiya siyasi partiyalarının qadınlar təşkilatının yaradılması ilə bağlı qərar qəbul olunsun.