Ermənistan parlamentinin növbədənkənar iclası baş tutmayıb
Ermənistan parlamentinin növbədənkənar iclası kvorum olmadığından baş tutmayıb. İclasda cəmi 44 deputat qeydiyyatdan keçib. Hakim Respublika Partiyasından və “Orinast Yerkirâ€�dən olan deputatlar iclası boykot ediblər. Kvorumun baş tutması üçün 66 deputat gərəkdir. İclasın keçirilməsi təşəbbüsü Erməni Milli Konqresi, “Daşnaksütyunâ€�, “İrsâ€�, “Çiçəklənən Ermənistanâ€� fraksiyalarından olan deputatlardan gəlib. Növbədənkənar iclasda Seçki Məcəlləsinə, Cinayət Məcəlləsinə dəyişikliklər var.
İclasın boykot edilməsi ilə bağlı EMK parlament qarşısında etiraz aksiyası da keçirib.