YAP funksioneri: “Onlar qanun qarşısında cavab verməlidirlərâ€�
“Açıq-aşkar görünür ki, özünü müxalif adlandıran bir qrup şəxsin şəhərin mərkəzində cəhd elədiyi aksiya birbaşa qanun pozuntusuna, ictimai asayişin pozulmasına yönəlibâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, bu aksiya etiraz aksiyası deyil, bir qrup gəncin xuliqanlıq cəhdidir: “Çox təəssüf ki, bəzi müxalif partiyaların liderləri də bu qrup gənclərdən öz siyasi maraqları üçün istifadə edirâ€�. Deputat onu da vurğulayır ki, bütün qanun pozucuları kimi, həmin qrup gənclər də qanun qarşısında cavab verməlidirlər.
Qeyd edək ki, noyabrın 17-də paytaxtın Fəvvarələr meydanında bir qrup müxalif gənc qanunsuz aksiya keçirməyə cəhd edib.