Hadı Rəcəbli: "Bəzi deputatlarımız xarici səfərlərə həsrətdirlər "
“Bizim deputatların bəziləri xarici ezamiyyətə getməkdən beziblər, bəziləri isə xarici ezamiyyət üzünə həsrətdirlərâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qurumun 2013-cü il xərclər smetası barədə qanun layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
O qeyd edib ki, baxmayaraq ki, bu səfərlər beynəlxalq qurumlarda təmsil olunmaq prinsipi ilə həyata keçirilir, istənilən halda bu məsələ nəzərə alınmalıdır: “10-15 ildir deputat kimi fəaliyyət göstərənlər var ki, xarici səfərlərə həsrətdirlər. Onların da xarici ölkələrdə olması fəaliyyətləri üçün müsbət hal olardıâ€�.
Deputat Eldar İbrahimov isə deyib ki, Milli Məclisin komitə sədrlərinə yeni avtomobillərin verilməsinə baxmayaraq, köhnə avtomobillərin də istifadəsi davam etdirilməlidir: “Biz onları birdəfəlik atmayacağıq ki? Parlamentin əmlakıdır və onlardan da istifadə etmək və yeni ildə onların da ehtiyat hissələrinin yenilənməsinə diqqət yetirmək lazımdırâ€�.