Milli Məclisdə gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb
Bu gün Milli Məclisdə üç gündür davam edən gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, büdcə paketinin müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqındaâ€�, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqındaâ€�, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqındaâ€�, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqındaâ€�, “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqındaâ€� və “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqındaâ€� qanun layihələri daxildir.
Qeyd edək ki, Hökumət deputatların təkliflərinə noyabrın 30-da keçiriləcək plenar iclasda cavab verəcək.