Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bir sıra nazirləri tənqid edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, Ə.Əhmədov bəzi nazirlərin müzakirəyə qatılmamasına kəskin etiraz edib: “Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edirlər. Gəlsinlər, otursunlar, dinləsinlər. Burada deyilənlər qulaqlarına girsin, beyinlərinə girsin. Mümkün olan şeylər nəzərə alınsın. Amma ilk növbədə onların burada iştirak etməsi vacibdirâ€�.