Prezident Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
Prezident İlham Əliyev bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.