Çində Kommunist Partiyasının qurultayı öz işinə prezident Hu Jintaonun çıxışı ilə başlayıb. “KƏLAMİNFOâ€� BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, Çin hədəf kimi daha yüksək məqsədlər seçməlidir: “Ona görə də daha çox işləməliyikâ€�.
Prezident rüşvət haqqında da danışıb: “Əgər rüşvətə boyun əysək, bu, partiyamız üçün ölümcül ola bilər, partiyamız, ya da dövlətimiz çökərâ€�. Prezident deyib ki, daxili və xarici problemlərin həlli üçün yeni iqtisadi modelə ehtiyac var. Hu Jintao 2020-ci ilə qədər həm kəndlərdəki, həm də şəhərdə adambaşına düşən gəlir səviyyəsinin iki dəfə yüksəlməsinin hədəf olduğunu bildirib.
Son vaxtlar Çində iqtisadi irəliləyiş azalıb. Yoxsulluq və qocalan əhalinin sayı artıb.