SAM-ın eksperti Romada “Azərbaycanın xarici siyasətiâ€� mövzusunda məruzə edəcək
Noyabrın 8-i İtaliyanın beyin mərkəzi “İstituto Affari İnternazionaliâ€� (İAİ) tərəfindən Romada “Azərbaycanın xarici siyasətinin üstünlükləri: Regional və Avropa ölçüləriâ€� adlı seminar təşkil olunacaq. Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, seminarda qədim və yeni trendlər, regional faktorlar (Mərkəzi Asiya, Rusiya, İran, Türkiyə və İsrail) və beynəlxalq iştirakçıların (Avropa Birliyi, Birləşmiş Ştatlar, NATO) əlaqələrini qiymətləndirərək, Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərinin müzakirəsi planlaşdırılır. Bu tədbir İAİ-nin “Azərbaycan, Qafqaz və Avropa Birliyi: Yaxın əməkdaşlıq istiqamətindəâ€� tədqiqat proqramıdır. Görüşdə SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Aliyev “Azərbaycanın xarici siyasəti: Şərq və Qərb arasındaâ€� mövzusu ilə çıxış edəcək.