Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci ildəki seçki kampaniyasında “Lorealâ€� firmasının rəhbəri Lilian Bettenkurtdan qanunsuz maddi yardım aldığına dair iddialarla bağlı ifadə verəcək. Məhkəmə iclası bu həftə keçiriləcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, “Europe 1â€� radio kanalının ədliyyə mənbələrinə istinadən verdiyi xəbərə görə, Sarkozi Bordo məhkəməsində ifadə verəcək.
Bu iddialarla bağlı olaraq daha öncə prokurorun təlimatıyla Sarkozinin evində və bürosunda axtarış aparılmışdı.