TQDK Qeyri-Hökumət Təşkilatları nümayəndələrinə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 23 noyabr 2012-ci il tarixində Komissiyanın yaranmasının 20 illiyinə həsr olunmuş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 20 il: inkişaf mərhələləriâ€� adlı beynəlxalq konfrans keçiriləcək. Komissiyadan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, konfransa fiziki şəxslər (ölkəmizin təhsildə qiymətləndirmə sahəsi üzrə mütəxəssisləri) və hüquqi şəxslər (təşkilatlar, o cümlədən Qeyri-Hökumət Təşkilatları) qatıla bilərlər. Bunun üçün anket formasını dolduraraq noyabrın 12-dək qeydiyyatdan keçmək tələb olunur.