AMEA-nın müxbir üzvü R.Məmmədovun elmi-pedaqoji fəaliyyətinin 35 illiyinə həsr olunan elmi konfrans keçirilb
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda AMEA-nın müxbir üzvü, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Ramiz Məmmədovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 35 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər.
“Xəzər dənizi və ətraf region ekosistemləri: təhlükə və risklərâ€� adı altında təşkil edilmiş tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə, Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov və digər elm xadimləri iştirak ediblər.
Konfransda “Xəzərin və Azərbaycan təbiətinin sistemli tədqiqatçısıâ€�, “Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşlığına dairâ€� və “Xəzər dənizinin tədqiqi: nəticələr və perspektivlərâ€� mövzularında çıxışlar dinlənilib.
Qeyd edilib ki, R.Məmmədovun elmi tədqiqatları əsasən Xəzərin ən aktual problemləri - hidrogeologiya, hidrofizika, ekocoğrafiya, dənizn atmosferlə qarşılıqlı təsiri, səviyyənin dəyişməsi, iqlim dəyişmələrinin ona təsiri, dənizdə çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelinin yaradılması, turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə həsr olunub. O, həmçinin 250-ə yaxın elmi məqalə, 9 monoqrafiya, 1 coğrafi atlas və 20-ə yaxın beynəlxalq elmi layihənin müəllifidir.
Tədbirdə yubilyara AMEA Rəyasət Heyətinin fəxri fərmanı təqdim olunub.