Əli Hüseynli: “Deputatların sayının artırılması gündəmdə deyilâ€�
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Əli Hüseynli son günlər parlamentdə deputatların sayının artırılması ilə bağlı edilən təkliflərə münasibət bildirib. “KƏLAMİNFOâ€� xəbər verir ki, Ə.Hüseynli belə bir dəyişikliyə ehtiyac olmadığını bildirib. O qeyd edib ki, hazırda komitənin gündəliyində bununla bağlı heç bir məsələ yoxdur: “Deputatların sayının artırılması kimi məsələ bizim hüquq ictimaiyyətində, Konstitusiya qanunvericiliyilə məşğul olan təşkilatlar arasında gündəmdə deyil, müzakirə olunmurâ€�.
Qeyd edək ki, Azərbaycan millət vəkillərindən bir qismi Milli Məclisdə deputatların sayının 150-yə çatdırılması ilə bağlı təkliflər ediblər.