Mahmud Kərimov: AMEA Rəyasət Heyəti hazırda qeyri-legitim fəaliyyət göstərir
Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilərlə bağlı işlər hələlik dayandırılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə AMEA prezidenti Mahmud Kərimov deyib.
Onun sözlərinə görə, seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb və nə zaman keçiriləcəyi hələ bəlli deyil: “Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçki çox mühüm hadisədir və onu kortəbii keçirmək olmaz. Qərar verilərsə, bir günün içində seçkilərə hazırlıq prosedurlarına başlaya bilərikâ€�.
M.Kərimov AMEA Rəyasət Heyətinin (RH) hazırda qeyri-legitim fəaliyyət göstərdiyini qeyd edib.
Qeyd edək ki, M.Kərimov bir qədər əvvəl verdiyi açıqlamada AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilərin bu ilin sonuna qədər təxirə salındığını söyləyib. Buna səbəb Rəyasət Heyəti üzvlərinin səlahiyyət müddətlərinin bitməsidir. Rəyasət Heyəti üzvləri, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib.