Müdafiə Nazirliyində ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müzakirə olunub
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.