Bu gün Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirilib.
“KƏLAMİNFOâ€� xəbər verir ki, tədbir Səbail RİH-də baş tutub.
Tədbirdə Səbail RİH-nin başçısı Asif Əsgərov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat veriblər. Qeyd olunub ki, müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Bildirilib ki, müsabiqə iyulun 27-si başlayıb və sentyabrın 30-u başa çatıb. Bu müddət ərzində müsabiqəyə 29 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. O da diqqətə çatdırılıb ki, elan edilən müsabiqədə 13 yer nəzərdə tutulub.
Sonradan mükafatlandırmanın şərtlərində dəyişiklik olunub. Qəbul edilən qərara görə, 24 yazı mükafata layiq görülüb.
Beləliklə, 1-ci yerə (1000 manat) “Paritetâ€� qəzetindən Asif Nərimanlı, 2-ci yerə (800 manat) “Xalqâ€� qəzetindən Tahir Rüstəmov və 3-cü yerə (600 manat) “Bakı xəbərâ€� qəzetindən Samirə Səfərova layiq görülüb. 21 nəfərə həvəsləndirici mükafat (4 nəfər 500, 10 nəfər 200 və 7 nəfər isə 100 manat) verilib.