İtaliyanın müdafiə naziri: Qarabağ münaqişəsinin nizamlanması Avropa üçün strateji əhəmiyyət kəsb edir
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəinki region, eləcə də bütövlükdə Avropa üçün strateji əhəmiyyət kəsb edir. “KƏLAMİNFOâ€� erməni saytlarına istinadən xəbər verir ki, bu sözləri Yerevanda İtaliyanın müdafiə naziri Cammpaolo Di Paola keçirdiyi mətbuat konfransında bildirib. O İtaliyanın Qarabağ münaqişəsinin nizamlanmasına böyük önəm verdiyini vurğulayıb və əlavə edib ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvüdür. İtaliyalı nazir münaqişə tərəflərini qarşılıqlı etimada söykənən, Helsinki yekun aktına əsaslanan münasibətlər qurmağa çağırıb.