Siyavuş Novruzov: “Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi?â€�
Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Şurasının Venesiya Komissiyasının “Dini etiqad azadlığı haqqındaâ€� qanuna dəyişikliklərlə bağlı açıqlamasına iradlarını bildirib. “KƏLAMİNFOâ€� xəbər verir ki, S.Novruzov Azərbaycanın dünyada dini məsələlərdə hər zaman nümunə kimi göstərildiyini vurğulayıb: “İndi isə Venesiya Komissiyası “Dini etiqad azadlığı haqqındaâ€� qanuna dəyişikliklər təklifi göndərib. Azərbaycanı sanki bir laboratoriyaya çevirmək, hansısa planları həyata keçirmək istəyirlərâ€�.
O qeyd edib ki, Venesiya Komissiyasının təklifinə görə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda dini fəaliyyətlə məşğul olmağa, dini ayinləri icra etməyə icazə verilməlidir. “Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi? Dərhal onun haqqında həbs qəti imkan tədbiri həyata keçiriləcək. Əyər yaxşıdırsa, bu dəyişiklikləri birinci digər ölkələrdə tətbiq etsinlərâ€� – deyə deputat vurğulayıb.
Novruzov Venesiya Komissiyasının təkliflərini qərəzli və qəbuledilməz olduğunu vurğulayıb: “Məsələ araşdırılıb, onlara qəti cavab verilməlidirâ€�.