Ərdoğan: “Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulubâ€�
Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) sədrlik etdiyi dövrdə hazırlanan “2015-ci il üçün ECO-ya Baxış Sənədiâ€�ndə gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə sədrlik etdiyi dövrdə öhdəsinə düşən bütün işləri görüb və kifayət qədər təcrübə də əldə edib: “Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməyə hazırıqâ€�. O, həmçinin təklif edib ki, bütün iştirakçılar bu təşkilatın bütün güc və resurslarından istifadə etsinlər: “Yeni sədrlik etməyə başlayan Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririkâ€�.
Qeyd edək ki, bu gün ECO-ya sədrlik Azərbaycana keçib.