Orta məktəblərin atlaslarında dəyişikliklər aparılacaq
“Gələn ildən etibarən orta məktəblərin atlaslarında dəyişikliklər aparılacaq. Həmçinin əvvəlkilərdən fərqli olaraq kontur xəritələr də atlasların içərisinə yerləşdiriləcək. Artıq bu işlərin hazırlığına başlanılıbâ€�. Bu barədə “KƏLAMİNFOâ€�ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib. M.Bayramov deyib ki, yeniliklər 6, 7, 8, 9 və 10-cu siniflərin atlaslarında olacaq. Onun sözlərinə görə, artıq 10-cu siniflər üçün yeni atlasın hazırlanması işinə başlanılıb. M.Bayramov deyib ki, 10-cu siniflərin atlası növbəti tədris ilinə hazır olacaq. Bütün atlaslar orta məktəblərin proqramlarına uyğun hazırlanacaq.