Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dini mənəvi dəyərlərə qayğı...
    Azərbaycan xalqı öz dini və tarixi ənənələrinə çox sadiqdir. Dinimiz, tariximiz, milli mənəvi dəyərlərimiz bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Son illər ərzində bizim tarixi, dini abidələrimiz təmir edilir, yenidən qurulur. Bizim üçün çox böyük əhəmiyyət daşıyan ziyarətgahlar, ibadət yerləri dövlət tərəfindən qorunur, təmir edilir.

    Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidinin əsas korpusu 1998-ci il iyulun 12-də istifadəyə verilmişdir. Bibiheybət ziyarətgahı böyük, çoxəsrlik tarixə malik olan bir ziyarətgahdır. XIII əsrdə orada məscid tikilmişdir. Keçən əsrin 30-cu illərində sovet rəhbərliyinin göstərişi ilə Bibiheybət məscidi dağıdılmışdır. Bibiheybət məscidinin bərpası ulu öndərin təşəbbüsü ilə həyata keçirilmişdir. 1998-ci ildə birinci, əsas korpus istifadəyə verilmişdir. Ondan düz 10 il sonra - 2008-ci il iyulun 12-də Bibiheybət məscidinin əlavə tikililəri istifadəyə verildi. Məscid böyük dərəcədə genişləndirildi və bu gün Azərbaycanın ən gözəl məscidlərindən birinə çevrilib.
    2009-cu ildə yenə də dövlət vəsaiti ilə Təzəpir məscidində yenidənqurma, bərpa, genişləndirmə işləri aparıldı. Sevindirici haldır ki, bu xoş məram və niyyət Prezident İlham Əliyevlə yanaşı, onun xanımı Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir.



    Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizdə sosial və humanitar sahələrlə yanaşı, dini-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində böyük səylər göstərir.


    Ümumiyyətlə son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 7 məscid və ziyarətgahın inşa və ya əsaslı təmir olunub. Tolerantlıq ənənələrinin qorunmasına xüsusi önəm verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir.  İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("əl-Hucurat" surəsi, 13-cü ayə).


    İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsür kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Qurani-Kərimdə Allah-Tala belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6-cı ayə).


    Qurani-Kərim eyni zamanda tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152).


    2007-ci ilin mayında Heydər Əliyev Fondu Beynəlxalq “Or-Avner” Fondu ilə birlikdə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzinin binasının təməlini qoydu. 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Azərbaycanın katolik icması arasında əməkdaşlıq Memorandumu imzalandı. Sənəd Azərbaycanda yaşayan xalqların etnomədəni komponentlərinin inkişafına və digər inkişaf və bərpa sahələrinə yönəlmiş layihələrin reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.


    Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində aparılan yenidənqurma işləri aparılıb. Bu münasibətlə Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerotti və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov kilsənin başçısı Yan Çapla ilə birgə görülmüş işlərlə tanış olmuşlar. Layihə Heydər Əliyev Fondu və Roma katolik dini icması arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçirilmişdir.


    Dini-tarixi abidələrin bərpasına xüsusi diqqət verən Heydər Əliyev Fondu 2006-cı ildən ölkə ərazisində müxtəlif dini-mədəni abidələrin yenidən qurulmasını həyata keçirir.


    2011-ci ilin sonunda Əjdərbəy məscidinin yenidən gözəl bir formada dindarların sərəncamına verilməsi də böyük və əlamətdar hadisə oldu.  Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak etdilər. Dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar. Əjdərbəy məscidi 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilmişdir. Günbəzi göy rəngdə olduğuna görə xalq arasında “Göy məscid” kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu məbəd əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Buna görə də məsciddə təmir-bərpa ilə yanaşı, genişləndirmə işlərinə də zərurət yaranmışdı. Məhz milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi abidəyə yeni həyat verildi. Əjdərbəy məscidində aparılan bərpa və genişləndirmə tədbirlərini daim diqqətdə saxlayan dövlətimizin başçısı mütəmadi olaraq tikinti işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. Bununla da paytaxtımıza xüsusi yaraşıq verən Əjdərbəy məscidində bərpa işləri sürətləndirilmiş və qısa müddətdə bu ibadət ocağı möhtəşəm görkəm almışdır.


    Şamaxı Cümə məscidi Prezident İlham Əliyevin sərəncamı və Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində bərpa olunur. Təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi 1859-cu və 1902-ci illərdə baş verən dəhşətli zəlzələlərdən ciddi ziyan çəkib. 1918-ci ildə isə erməni-daşnak quldur dəstələri qətliamdan qurtulmağa çalışan əhalinin sığınacaq tapdığı bu məscidi də yandırıblar. Prezident İlham Əliyevin 2009-cu ilin dekabrın 24-də imzaladığı sərəncamla məscidin milli memarlıq irsi ənənələrinə uyğun şəkildə təmiri və bərpası üçün vəsait ayrılıb. Məscidin yan tərəfində hər biri 36 metr hündürlüyündə iki minarə ucaldılır. Məscidi üç tərəfdən əhatə edən ikimərtəbəli qalereyada inzibati bina, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər yardımçı otaqlar yerləşəcək. Qalereyanın başlanğıcı və sonunda, eləcə də məscidin üstündə qədim memarlıq üslubunda naxış və ornamentlərlə bəzədilən günbəzlər qurulur.


    Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.


    Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir edilən regionda - Gəncədə Şah Abbas məscidi qədimliyini özündə saxlanılmaqla restavrasiya edilib. Fasad hissəsindəki bərpa işləri zamanı bütün kərpiclərin araları təmizlənərək və qədimdə istifadə olunan materiallarla doldurulub. Kərpiclərin üzləri də cilalanıb laklanıb. Məscidin minarələri, novdanları, işıq sistemi, pəncərələrdə olan şəbəkələr də təmir edilib.
    Bundan başqa, məscidə XVIII əsrdə əlavə edilən minarələrdə, məscid binasında olan çatlar aradan qaldırılıb, zədələnən kərpiclər qədimi kərpiclərlə əvəzlənib.


    Şah Abbas məscidinin restavrasiyadan sonra daha dayanıqlı olması üçün yerdən 60 sm hündürlüyə qədər mərmər daşı döşənib.
    Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında dəfn edilmiş böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, onun özünə böyük ustad-müəllim hesab etdiyi Turab ağanın və Hacı Zeynalabdinin qızı Sara xanımın məzarları bərpa olunmuş, ətraf abadlaşdırılmış və xiyaban salınmışdır.


    Möhsün Səlim məscidinin yenidən qurulması da məhz Mehriban xanımın humanist fəaliyyətinin nəticəsidir. Belə ki, məscidin qəza vəziyyətində olması barədə Binə qəsəbəsi ağsaqqallarının müraciətindən sonra bina memarlıq üslubu qorunub saxlanılmaqla əsaslı təmir edilmişdir. Xalqımızın milli-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşan Mehriban xanıma qəsəbədəki İmam Rza və Möhsün Səlim məscidlərinin bərpasına göstərdiyi qayğıya görə xüsusi təşəkkürə layiqdir. 


    Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində həmçinin Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmışdır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti muzeyindən ibarət kompleksin tikintisinə başlanmışdır.


    Ötən əsrin əvvəllərində yerli mədən sahibinin vəsaiti ilə tikilmiş bu ibadətgahda uzun illər heç bir təmir-abadlıq işi aparılmadığına görə, bina yararsız vəziyyətə düşmüşdü. Hətta, 1918-ci ildə erməni daşnaklarının atdığı top məscidin günbəzini deşmiş, çatlar əmələ gətirmişdi.


    Sakinlərin müraciətindən sonra bu vəziyyətlə yerində tanış olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məsciddə bərpa işlərinə başlanmışdı. Bu il iyunun 15-də Prezident İlham Əliyev də məscidə gələrək, burada görülmüş işləri yüksək qiymətləndirmişdi. Məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına da salındı. Din xadimləri həmin gün Prezident İlham Əliyevə və Mehriban xanıma bərpa işlərinə görə minnətdarlıq etməklə yanaşı, həm də məscidin həyətində əlavə yardımçı binaların tikilməsi barədə xahişlə də müraciət etmişdilər. Qısa müddətdə burada 100 nəfərlik salonu, dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-ayrılıqda hücrələri, din xadimləri üçün məşvərət otağı, daimi suyu, mətbəxi olan təzə bina tikildi, gəbə-xalılarla, hər cür lazımi avadanlıqla təmin edilərək dindarların istifadəsinə verildi.


    Mehriban xanım otaqları gəzərək, görülmüş işin keyfiyyətindən razılığını bildirdi, buraya toplaşan dindarlardan başqa bir istəklərinin olub-olmamasını soruşdu.


    Artıq bu Allah evində ürəkləri istəyən hər cür şəraitin yaradıldığını söyləyən qəsəbə ağsaqqalları dinimizə, müqəddəs ibadətgahlarımıza göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, onun xanımına öz razılıqlarını bildirdilər, xalqımızın firavanlığı, vətənimizin tərəqqisi naminə onlara ən xoş arzularını yetirdilər, ulu öndər Heydər Əliyevin ruhuna dua etdilər.


    Mehriban xanım məscidə də baxdı. Məlumat verildi ki, Azərbaycan Prezidenti burada olarkən çilçırağın daxili interyerə uyğun gəlmədiyini, daha böyüyünün alınıb asılmasının gərəkliyini bildirmişdi. İndi məscidi daha işıqlı edən böyük çilçıraq bu tarixi abidənin daxili görkəmini də xeyli gözəlləşdirmişdir.


    Məlumat üçün deyək ki, məscid Hicri 123-cü, miladi 744-cü ildə inşa olunub. Xarici görünüşü və əzəməti ilə Şirvanda ən böyük məsciddir.
    Məscidin yaşı çox olduğu üçün binanın XIII-XIV əsrdə başına çox bəlalar gəlib. Müharibələr, zəlzələlər binanın görünüşündə izlər buraxıb.


    Bunlardan əlavə, məscid dəfələrlə ermənilər tərəfindən yandırılıb. 1918-ci il 31 mart Şamaxı soyqrımı zamanı ermənilər məscidin içində sığınacaq tapmış 5000-dən çox körpə, uşaq, qadın, yaşlı insanı diri-diri yandırıblar. Bu da məscidin içərisində əyani şəkildə görünür.


    Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verildi. Prezident İlham Əliyev Cümə məscidində yaradılan şəraitdən razı qaldığını bildirib, dindarlar və qəsəbə sakinləri ilə söhbət etdi. İnşasına 1896-cı ildə başlanmış Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalıb. 1918-ci ildə yenidən tikinti işlərinə başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnib. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunub.


    2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq başa çatıb. Sahəsi 500 kvadratmetr olan məsciddən başqa, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilib. Məscid bütövlükdə sal daşlardan inşa olunub, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcək.


    Mehriban xanım Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyasında çıxışı zamanı demişdir:  "Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir". M.Əliyeva bütün çıxışlarında qeyd edir ki, düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr bugünkü dünyanın reallığıdır: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq. Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist qüvvələr və şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Tamamilə aydındır ki, belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır".


    Qazi Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 685
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031