Gəncə şəhəri Azərbaycanın “Əfsanələr Paytaxtıâ€�, Şəki, “Sənətkarlıq Paytaxtıâ€� Qazax isə “Folklor Paytaxtıâ€� elan edilib
Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtlarıâ€� Proqramını təsdiq edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib. Milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı, habelə Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtlarıâ€� Proqramının icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtıâ€�, Şəki şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtıâ€� və Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtıâ€� elan edilib.
Məsələ ilə əlaqədar Gəncə, Şəki və Qazax şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.