Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Ukrayna xarici işlər nazirləri GUAM-ın 15 illiyi ilə əlaqədar Kiyevdə keçirilən xarici işlər nazirləri Şurasının iclasının gündəliyini müzakirə ediblər.