26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib
Azərbaycan Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 2004-cü il yanvarın 1-dən 6982 müraciət daxil olub, onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatında bildirib.
O qeyd edib ki, 26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib: “Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilibâ€�. Nazir deyib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. Onun sözlərinə görə, 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub: “Müraciətlər hazırda da daxil olur. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətlərinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıbâ€�.
Nazir bildirib ki, xaricdə təhsil almış şəxs Azərbaycanda bu və ya digər qurumda işləmək üçün diplomunu mütləq təsdiqlətməlidir. O bildirib ki, bu gün də xaricdə təhsillə bağlı valideynləri aldatmaq istəyən müəyyən işbaz insanlar var: “Elə insanlar var ki, müxtəlif vasitələrlə valideynləri aldadırlar, sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz dövlətində tanınmır. Biz də təbii ki, həmin diplomları tanımırıqâ€�.