Milli Məclis rəhbərliyinin qəbul günləri açıqlanıb
Azərbaycan Milli Məclisinin rəhbərliyinin bəzilərinin oktyabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya parlamentdən veriblər.
Belə ki, Milli Məclisi sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun bu ay üçün qəbul günü bu gündür. Vitse-spiker Bahar Muradova oktyabrın 17, vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə oktyabrın 29-da vətəndaşları qəbul edə biləcək.