“Türk Dünyası QHT-lər Birliyiâ€�nin yaradılması təklif olunub
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Türk Dünyası QHT-lər Birliyinin Yaradılmasıâ€� mövzusunda konfrans keçirilib. “KƏLAMİNFOâ€� xəbər verib ki, Dünya Türklərinin Həmrəylik Gününə həsr olunan tədbir “Müasir İnkişafâ€�, “Türk Hərakatıâ€� İctimai birliklərinin və Türk Ocaqlarının Bakı Təmsilçiliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə səslənən fikirlərə görə, Türk Dünaysının birliyində, xüsusən ictimai-siyasi, mədəni inteqrasiyasında qeyri-hökumət təşkilatları, ictimai birliklər, fondlar, xeyriyyə cəmiyyətləri, dərnəklərin xüsusi rolu var.
Tədbirdə konfrans adından müraciət qəbul olunub. Müraciətin motivində türk dövlətləri rəhbərlərinin dəstəyi ilə aparıcı QHT-lərin fəaliyyətini koordinasiya edəcək “Türk Dünyası QHT-lər Birliyiâ€�nin yaradılmasının artıq vaxtının çatdığı göstərilir.