Hökumətin qarşısında növbəti 10 ildə ÜDM-in 2 dəfə artırılması məqsədi qoyulub
“Son 8 ilin nəticələrinə görə, Azərbaycan dünyada orta gəlirli ölkələr siyahısına düşübâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən “Körpülərin salınmasıâ€� adlı beynəlxalq konfransda İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev bildirib.
O qeyd edib ki, makroiqtisadi göstəricilərə görə Azərbaycan sağlam təməllərə malikdir: “Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Ümumi investisiya qoyuluşunda qeyri-neft investisiya qoyuluşları 60 faizi keçib. Azərbaycan gələcəkdə də qeyri-neft sektorunun inkişafını hədəf kimi seçibâ€�. Onun sözlərinə görə, hökumətin qarşısında növbəti 10 ildə ÜDM-in 2 dəfə artırılması və bu artımın qeyri-neft sektorunun hesabına olması məqsədi qoyulub.