Suriya hakimiyyəti üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir
Suriya hakimiyyəti həbsdə olan üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir. “KƏLAMİNFOâ€� CNN-ə istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq müdafiə təşkilatı “Human rights Watchâ€� bildirib. Keçmiş məhbuslar bildiriblər ki, həbsdə olan üsyançılara işgəncə verilir, onlar zorlanırlar. Bu həm kişilərə, həm də qadınlara qarşı törədilir. BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay bildirib ki, Suriya hökumətinə qarşı olan ittihamlar Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmalıdır.