Milli Məclisin Mədəniyyət komitəsinin gündəliyi müzakirə olunub
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında payız sessiyasının gündəliyi müzakirə olunub. “KƏLAMİNFOâ€� xəbər verir ki, gündəlik barədə komitə sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, komitənin payız sessiyası çərçivəsində gündəliyinə “Mədəniyyət haqqındaâ€� (ikinci oxunuş), “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqındaâ€� (birinci oxunuş) qanun layihələri daxil edilib. Bundan başqa, komitə “Aşıq sənəti haqqındaâ€� qanun layihəsini də müzakirə etməyi planlaşdırır.