İqtisadi siyasət komitəsinin payız sessiyası çərçivəsində görüləcək işləri müzakirə olunub
Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında payız sessiyası çərçivəsində görüləcək işlər müzakirə olunub. “KƏLAMİNFOâ€� xəbər verir ki, komitənin gündəliyi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib.
Z.Səmədzadə bildirib ki, payız sessiyası gərgin iş qrafiki ilə seçilir: “Belə ki, sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacaq. Bundan başqa, komitə bir sıra qanun layihələrini parlamentin plenar iclasına təqdim edəcək. Bunlar “Təhsil krediti haqqındaâ€�, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqındaâ€�, “Qiymətləndirmə haqqındaâ€� və “Kənd təsərrüfatının kooperasiyası haqqındaâ€� qanun layihələri və Rəqabət Məcəlləsidirâ€�.
Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub.